Hərbi təhlilçilərin yazdıqlarından bu nəticəyə gəldim ki:
– Ukrayna strateqləri Kiyev səmtində dahiyanə taktika ilə Rusiya işğalçılarının belini qırırlar;
– müdafiə elə bir məsafədə təşkil olunub ki, Rusiya topları Kiyevin əsas hissələrini vura bilməsin;
– bu halda Rusiya qoşunları bəzi hədəfləri topla yox, raketlə vurmalı olurlar. Bir mərmi bir neçə yüz dollara başa gəlir, bir raket bir neçə yüz min dollara. Yəni rusların xərcini min qat artırıblar. O üzdən Çinə yardım üçün ağız açmalı olub;
– multiraket atıcı sistemləri topdan daha uzağı vurur, onun da qənimi Bayraktardır;
– 65 km uzunluğundakı təchizat kolonunu ukraynalılar sakit bir taktika ilə tora salıb, sıradan çıxarıblar. Artıq bu kolon Rusiya üçün orduya sursat, yanacaq, ərzaq daşıyan bir vasitə deyil, başağrısıdır, yükdür, görkdür. Ukraynalılar kolonu problemsiz yaxın məsafəyə buraxmaqla onun ardının gəlməsini və bu qədər uzanmasını təmin ediblər. Bir körpünü uçurmaqla, bir neçə nəqliyyat vasitəsini sıradan çıxarmaqla (və ya özləri də sıradan çıxa bilərdi) təchizat donub. Ötən cümə günü isə minomyot və top hücumu ilə kolonu tam yararsız hala salıblar;
– kolon sıradan çıxdığına görə, Rusiya ağır mərmiləri hava ilə daşımağa məcburdur, bu da xərclərin yüzqat artması, həmçinin aviasiya üçün risqlər deməkdir;
– bu halda Rusiya aviabombardmanlara gedə bilər, bu da uzaqdan atılan hava yer-raketlərinə nisbətən aviasiyanı da çox byük risq altında qoyur;
– hərbi xidmətdə eşitmişdim ki, sovet ordusu taktikasında hücum üçün üçqat qüvvə üstünlüyü vacib sayılır, NATO-da 5 və ya 7 qat. Bu vəziyyəti Ukraynanın xeyrinə dəyişən xeyli amil var. Kiyev ətrafı torf və bataqlıqdır, üstəlik çaylar hücum edənin üçqat yox, 6-7 qat üstün olmasını tələb edir. Ukraynada döyüşçü və adi silahlar sarıdan problem yoxdur, daim artır;
– Rusiya tarix boyu heç bir müharibədə gündəlik bu qədər itki verməyib;
– Ukraynaya öz şərtini qəbul elətdirmək üçün sırf hərbi yolun uğursuzluğunu görən Putin hərbi cinayətlərə – mülki obyektlərin bombalanmasına, mükli sakinlərin yolunun kəsilməsin, ərzaq və sairdən məhrum edilməsinə əl atır.
– ən vacibi isə Rusiyanı seçkini saxtalaşdıran korrupsionerlər idarə edirlər, Ukraynanı xalqın seçdiyi adamlar.