Avropa Birliyinin xarici və təhlükəsizlik siyasətini işləyib hazırlayan qurumun (EEAS) belə bir proyekti var: EUvsDisinfo.eu.
Bu proyekt Rusiyanın Avropa Birliyinə və qonşuluq siyasəti ölkələrinə qarşı yönəltdiyi dezinformasiya kampaniyasına cavab tədbiri kimi nəzərdə tutulub.
Bu gün databazalarına baxdım. Putin hakimiyyətinin təsri altında olan media orqanlarının yaydığı 13 923 saxta xəbəri yerli-yerində dəqiqləşdirib, aşkarlayıb kataloqlaşdırıblar. Ola bilsin, mütəxəssislər üçün faydalıdır. Sözüm onda deyil. Xəbər elə bir şeydir ki, yalan da olsa, doğru da olsa, effekt ilk yayımda olur. Sonrakı bütün cəhdlər daldan atılan daşdır. O sıradan Avropa Birliyinin Rusiyanın yalan məlumatlarını sübut edib kataloqlaşdırması.
Avropa Biriyi bu qədər xərc, əziyyət çəkincə, obyektiv xəbər resurslarını gücləndirsəydi, xəbərləri auditoriyaya ilk dəfə dəqiq çatdıra bilən medianı, frilənserləri, bloqqerləri dəstəkləsəydi, bundan min qat effektli olardı.