Erməni əsilli iqtisadçı Daron Əcəmoğlunun Nobel mükafatı almasını şərh edən azərbaycanlılardan (türklərdən) iki qrupu mənə maraqlı görsəndi.
Bərinci qrupa aid olan türklər əmindirlər ki, Əcəmoğlunun bu mükafata layiq görülməsində onun elmi araşdırmaları yox, etnik mənsubiyyəti rol oynayıb. ( Bu baxışın alt qatında gizlənən məna budur ki, qərblilər Türkiyəyə qəsd edirlər, erməni mükafata layiq ola bilməz, onun mükafat alması Türkiyəyə qəsd edən qərblilərin gizli planının bir hissəsidir.)
İkinci qrupa aid olan türklər isə birinci qrupu bu fikrə görə rasist adlandırır, onları kəskin tənqid edir.
Məsələ burasındadır ki, birinci qrupa aid olanlar erməni soyqırımını 100% yalan iddia adlandıran türklərdir. İkinci qrupa aid olanlar isə erməni soyqırımının 100% baş verdiyini deyən türklərdir.
Məntiqlə əksinə olmalı deyildimi? Erməniləri aşağılıq bir şey sayanlar soyqırımına inanmalı deyildilərmi? Axı onlar ermənilərə etnik mənsubiyyətinə görə nifrət edirlər və fürsət olarsa, onları qırmağı mümkün və məqbul sayan zümrədir.
Ikincilər emrəniləri özlərinə bərabər, bəzən də daha üstün sayanlardır. Və bir türk olaraq, özlərinə bərabər və ya üstün olanları qırmağı ağlabatan və ya mümkün saymamalı idilər.
Bu nə paradoksdur belə?
Xüsusi qeyd edim ki, bu qrupların heç biri 1880-1920-ci illərdə baş verən proseslərin və 1915-ci il hadisələrinin birbaşa şahidi deyillər.