Yaxşı yazmağı sirli bir şey kimi qələmə verməyə çalışanlar onun sirrini bilməyənlərdir.
Yazmağın sirri sadədir: bir mövzunuz olur, ya ona aid suallara cavab verirsiniz, ya ordan suallar çıxarırsınız.
Əgər bir yazıda çoxlu mövzuların qarışdırıldığını, mövzuya dəxli olmayan sitatların, misalların, film, roman obrazlarının, mifik və ya gerçək adların ard-arda düzülüb müqayisələr edildiyini görürsünüzsə, boş verin, yazının davamını oxumasanız heç nə itirməyəcəksiniz. Müəllifin ya psixoloji problemləri var, ya kompleksi var, ya sosial status hayındadır.
Azərbaycanda bu problemin kökü mirzələrə gedib çıxır. Onlar yazını bilərəkdən qəlizləşdirməsəydilər, adi adamlar da yazı yaza bilərdilər və mirzələr müştərilərini itirərdilər.
Bu ənənənə rus-sovet publisistikasının təsiri ilə başqa formaya keçdi. Ancaq nüvəsi qaldı: sirbilən sayılmaq, bir baş yuxarı görsənmək.
Elə yazımın yarısını oxumanız bəs edərdi. Qəlizləşdirməyə, sirlərə, tarixə doğru getməyə ehtiyac yox idi.