İnformaisya müharibəsi jurnalistikaya aid termin deyil. Xəbər mediası belə bir müharibədə iştirak iddiasında olmamalıdır, ona həvəslənməməlidir. Çünki, informasiya müharibəsi həm də medianı manipulyasiya eləməyi, aldatmağı nəzərdə tutur. İnformaisya müharibəsi orduya siyasi rəhbərlik edənlərin işidir.
Ən yeni misal.
Bu gün İsrail Qəzzədə AP agentliyinin, Əl-Cəzirə televiziyasının və başqa media orqanlarının da yerləşdiyi hündür bir binanı bombardman edib dağıdıb.
Bilmirəm, əlaqəsi var, ya yox, ancaq heç olmasa faktı yazım.
Cümə günü İsrail ordusu xəbər mediasına dezinformasiya atdı. Eyni vaxtda Twitter-də və bəzi media orqanlarında xəbər yayıldı ki, İsrail qoşunları Qəzzəyə qurudan hücuma keçiblər. Hətta New York Times qəzeti də bu dezinformasiyanı ordudnun saytından kopyaladı.
Bir xeyli xəbər mediası, o sıradan AP, Əl-Cəzirə məlumatı başqa mənbələrdən və yerlərdəki müxbirlərindən dəqiqləşdirib bunun doğru olmadığını bildirdilər. İsrail ordusu da bir neçə saat sonra rəsmi saytındakı həmin məlumata “düzəliş verdi”.
Məqsəd nə idi? Adi vaxtda İsrailin Həmas yaraqlılarının yerini bilməsi çətindir. Ancaq qurudan qoşun yeridilməsi xəbəri gələndə onların harda sığınacaqları İsrailə bəllidir. Beləliklə, yayımış yalan məlumatın ardınca İsrail havaya təyyarələri qaldırıb yarım saat ərzində Həmas komandirlərinin gizlənəcəyi gözlənilən nöqtələri, xüsusən tunelləri bombaladı.
Bu gün də tora düşməyən media orqanlarının ofisi bombalandı.