Avropa Birliyi heç vaxt beynəlxalq aləmdə indiki qədər zəif olmamışdı, öz dəyərlərinə bu qədər biganə qalmamışdı. Jurnalist Camal Qaşıqçının öldürülməsinə (çox güman ki, diri-diri doğranmasına) Birliyin reaksiyası çox sönük oldu. AB indiyəcən yalnız narahat olduğunu bildirib, şəffaf istintaqa çağırıb, Səudiyyədəki gələcək investisiya konfransına nümayəndələrini göndərmək fikrindən daşınıb.
Düzdür, Səudiyyə bilərəkdən yarımçıq etiraf bəyanatını həftəsonu, yəni Qərb mediası, siyasətçiləri vikenddə olanda yayıb ki, reaksiya mümkün qəd
ər sönük olsun. Ancaq Səudiyyənin etirafından qabaq ortada olan faktlar (yəni jurnalistin konsulluqda yoxa çıxması) kəskin tədbirlər görmək üçün yetərincə əsas verirdi.
Camal Qaşıqçının sonuncü köşə yazısı ölümündən sonra srağagün Washington Post qəzetində çıxıb. O çox düzgün olaraq vurğulayır ki, ərəb dünyasının əsas problemi kütlələrin informasiyasızlığında, səhv məlumatlandırılmasındadır.
Qaşıqçıya görə, ərəb baharı zamanı medianın azad olacağına ümidlər vardı və tezliklə yoxa çıxdı.
Ərəb hökumətləri keçmiş qaydanın bərpasına nail oldular, M
isir hökuməti “əl-Masri əl Youm” qəzetinin bütöv tirajını müsadirə eləyəndə beynəlxalq aləmdən səs çıxmadı. Ərəb hökumətləri həvəslənib mediaya qarşı daha kəskin tədbirlərə əl atdılar.
O sadəcə Qətər hökumətinin informasiya azadlığına, beynəlxalq hadisələri düzgün işıqlandırmağa şərait yaratığını yazır. (Yəqin Əl-Cəzirəni n
əzərdə tutur). Qətərin də aqibətini bilirsiniz, ərəb ölkələri Səudiyyənin başçılığı ilə birləşib onu blokadaya saldılar. Qaşıqçı ərəb ölkələri arasında söz azadlığının incisi adlandırdığı Livanın da, təəssüf ki, Hizbullahın təsiri altına düşdüyünü qeyd edir.
Qaşıqçı yada salır ki, soyuq müharibə zamanı kommunistlərin çəkdiyi dəmir pərdənin o üzündəkiləri məlumatlandırmaq üçün Azad Avropa/Azadlıq radiosu yaradılmışdı. İndi isə ərəb ölkələrinin ətrafına başqaları yox, öz hökumətləri dəmir çəpər çəkirlər. Qaşıqçıya görə, indi ərəb ölkələri üçün də Azad Avropa/Azadlıq radiosu kimi bir şey lazımdır.
Ancaq bu yerdə Qaşıqçı bir məqamı gözdən qaçırır: Azad Avropa/Azadlıq radiosunun ərəb və fars dillərində yayımları var. Görünür, həmin yayımların auditoriyaya heç bir təsiri olmadığına görə Qaşıqçı bunu yazır.
Həm də o, səhnəarxasını bilmir. Bir görəydi ki, İran, İraq redaksiyaları üçün kimlər plan qurur, kimlər orda işçilərin əməyinə qiymət verir… Onu bili
rəm ki, o radionun rəhbərlərindən biri Abbas Djavadi jurnalistikanı qətiyyən anlamayan, fürsət tapıb göstərməçiliklə məşğul olan birisidir. Onun gətirdiyi yeniliklərin, qurduğu planların, cəlb elədiyi rəhbər işçilərin auditoriyaya təsir edə biləcəyinə qətiyyən inanmamışam və inamıram da. Djavadi öz taktiki gedişləri ilə yalnız radionun planlaşdırma otağına toplaşanlara təsir eləyə bilir. Skeptik baxanları isə uzaqlaşdırmaq
üçün müxtəlif kombinasiyalar qurmağı bacarır.
Azadlıq radiosunda jurnalistikanın ən yaxı bilicilərindən biri Harvard təhsilli Kestutis Girnius idi. Yəni Djavadi onunla müayisədə professorun yanında 3-cü sinif şagirdi kimi görünürdü. Ancaq nə cürsə dəstələndilər, Girniusu orda-burda gözdən saldılar, bir gün eşitdik ki, radionun nyuzrumunun rəhbəri Girniusu işdən çıxarıblar.