Məhəmməd Rza şahın İrəvandakı fövqəladə və səlahiyyətli trolu və ya başqa bir versiyaya görə, Fransanın səfiri azərbaycanlıların məscidini “Ermənistanın Persiya irsinin simvolu” adlandırıb.
Dostlar, yumorla başlayıram, amma məsələ ciddidir. Milli münaqişələrə hərə bir odun atanda, xüsusən avropalı diplomat trolluqla məşğul olanda bu, bir tərəfdən millətçi hekayələrdən birinə dəstək verir, o biri tərəfdən, avtoritar liderləri gücləndirir, onların millətçi isterikadan istifadə etmələrini asanlaşdırır. Daha çox Qərblə əlaqələndirilən liberal-demokratiyanı gözdən salır.
Milli münaqişələrin kökü tarixin interpretasiyasındadır. Rusiya şovinizmi, İran şovinizmi, Turan şovinizmi, Böyük Ermənistan şovinizmi – bunların hamısı tarix hekayələri üzərində qurulub. Hamısı yalandır. Bu yalan versiyalardan ikisinin qurulmasına bitcoinə xərclənəndən çox enreji xəclənib, tarixşünaslıqda kökləşib, ona görə, sökülməsi mümkün görünmür. Amma bu hekayələrin HAMISINI sökmədən münaqişələrin kökünü qazımaq mümkün deyil. Bu hekayələrdən HƏR HANSI BİRİNİ ciddi qəbul edənlər avamdırlar və münaqişə alovuna odun atanlardır.
Qısası, regionumuzda olmuş qədim imperiyalar haqda bir-iki kəlmə demədən mövzunu açmaq olmur. Əhəmənilər. Əsas yazı dili – elami dili, sakinləri – onlarla etnik qrup. Əksəriyyəti samidilli. Sasani imperiyası. Əsas dili – arami dili, yəni samidilli, sakinləri – onlarla etnik qrup. Onların yazdığı, danışdığı dilləri indiki xalqlar anlamır. Bəzi azsaylı xalqlara (aysorlar, süryanilər) az-maz tanış gələ bilər. Sonra gəlir Xilafət. Ondan sonrası az-çox aydındı və saxtalaşdırmaq çətindir.
Necə olub ki, minlərlə tarixçi, siyasətçi, aktivist onlarla xalqın iştirakı ilə yaranmış 50-yə yaxın müxtəlif adlı dövlət və imperiyaların hamısını “Persiya”, “Qədim İran” adlandırır? Bunun sirri nədədir?
Üç səbəb görürəm. Birincisi, Qərb tarixçiləri bu tərəflərdə kimləri görsə “persian” damğası vurub. Qədimdə bu adın etnik anlamı yox idi. (Hətta orta əsrlərdə türkmanlara da “pers” deyiblər. Qədimlərdə elami, arami, süryani və sairlərin hamısına “persian” dedikləri kimi.) İkincisi, 19-cu əsrdə millətləşmə qızdırması başlayır, 50 yaşlı Qacar sülaləsi natamamlıq kompleksinə düşüb böyük kimlik axtarır, tarixə üz tutur. Üçüncüsü, antisemitizmin güclü olduğu vaxtlar (19-cu əsr, 20-ci əsrin ortalarına qədər) Qərb tarixçiləri sami xalqların tarixdəki rolunu kiçiltmək üçün bütün üsullara əl atırlar. İndiki İran, xüsusən onun cənubu və körfəz sahillərində əvvəl elami, sonra sami mədəniyyəti aparıcı olub. Başqa bir paradoks da odur ki, avropalıların dinlə bağlı mədəniyyətində, İranın isə dilində sami təsiri çox güclüdür.
Özünü Pəhləvi adlandıran kazak zabiti Rza və oğlu Məhəmməd çoxsaylı, çoxşaxəli tədbirlərlə, “Persian, “ancient İranian” sözünü hər yerə soxuşdurublar. Bu, Qərbdəki rasist-aryanistlərinin də xoşuna gəlib. Çünki, sami mədəniyyətini sıxışdırıb yerinə hind-avropanı dürtmək onlara da lazım idi.
Qərb sonralar özündəki bu rasizmə (aryanizmə) qalib gəldi, bizim regionda isə ətalət üzrə həmin biabırçılıq davam edir. Buna da region xalqları yığışıb qalib gəlməlidir. Hərə öz rasist hekayəsini (Velikaya Rossiya, Qədim İran, Böyük Ermənistan, Böyük Turan, Böyük Kürdüstan) soxuşdurmalı deyil.
Məsələ absurda gəlib çıxıb. İfadə eləmək üçün “orwelian” termininin qarşılığını axtarıram. Meynstrim tarixçilərin xoru “ikiayaqlılar pisdir, dördayaqlılar yaxşıdır” şüarına bənzəyir.
Təsəvvür edin, osmanlılar Bizans və Huti imperiyalarında mövcud olmuş iki ölü aqqlütinativ dil tapır, birinin adını orta türk, birinin adını qədim türk dili qoyur və beləliklə, Osmanlının yaşı olur 3500 il. Sonra Türkiyə gəlib bu mirasa yiyələnir, Türkiyə dövlətinin yaşı olur 3600 il. Təbii, bu fantastikadır. Amma İran konsepsiyasından fərqli olaraq baş tutmayıb. Ona görə ki, bu konsepsiyanın kökləşməsinə bitcoinə xərclənən enerji qədər enerji xərclənməyib.
Nə isə, ipucu verdim, konfliktoloqlar, tarixçilər bu xordan, daha doğrusu, Rzanın sürüsündən ayrılıb getsinlər yaxşı-yaxşı düşünsünlər.
Birinci şəkildə: Fransa səfirinin tviti.
İkinci şəkildə: Məhəmməd Rzanın trol ordusuna verdiyi dəbdəbəli qonaqlıq.
Üçüncü şəkildə: vaxtilə Niderland səfirinin mehtəri olmuş kazak zabiti Rzanın oğlu özlərinin Qədim İran sülaləsinin 2500 illiyini bayram edir və dünyanın hər yerindən gəlmiş alim-siyasətçi-trol sürüsü ağzıayrıq baxır.
Üçüncü şəkildə: vaxtilə Niderland səfirinin mehtəri olmuş kazak zabiti Rzanın oğlu özlərinin Qədim İran sülaləsinin 2500 illiyini bayram edir və dünyanın hər yerindən gəlmiş alim-siyasətçi-trol sürüsü ağzıayrıq baxır.