Kimin beş-on min manatı və boş on nəfəri var – informasiya agentliyi, onlayn qəzet, hətta internet TV açır.
Bu videoda aparıcı mövzunu ortaya atıb 25 dəqiqə susur.
Başa düşürük, kasıb TVsiniz, işıqçınız, montajçınız yoxdu, mövzu barədə fərqli fikir söyləyə biləcək adam probkaya düşüb verilişə gəlməyib, bəs jurnalistə nə olub?
İslamda etiqad azadlığı haqda yarım saat, yumşaq desək, danışan din təbliğatçısına ziddiyyətləri kim xatırladacaq? “…haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun “- deyən Tövbə surəsini kim söyləyəcək? Totalitar ideologiyanı liberalizm kimi qələmə verəni kim önləyəcək? Bunlar yoxdusa veriliş də yoxdu. TV açmaqla deyil ki. Tanıdığım ölkələrin heç birində onlayn media proyektləri Azərbaycandakı qədər bərbad deyil.
[youtube https://www.youtube.com/watch?v=Mu0H6J8EoJA]