Təsadüfən qarşıma çıxdı, amma verilişə baxmadım. Hərçənd yerli TV-lər bir az təkamül keçib, “analoqu olmayan inkişaf” pafosundan “Özbəkistan qədər ola bilməyəcəyik?” sualını verməyəcən inkişaf edib.
Amma məndən olsa, “Anqola qədər də ola bilməyəcəyik?” sualını qoyardım. Azərbaycana rəsmən qohum olan (keçmiş birinci ledi Tatyana Kukanova bakılıdır) Anqola artıq neçə ildir iqtisadiyyatın ailə modelindən əl çəkib.
Qayıdaq Özbəkistana. Bir halda ki, bu internet TV “Məqsədimiz – Turan” yazır, görək bu Turan nəmənə şeydir.
Özbəkistan pambıq ölkəsidir. O pambıq ki, Azərbaycanda və Özbəkistanda təhsili, iqtisadiyyatı böyrü üstə qoydu, Aral dənizini qurutdu, Orta Asiyada ortabab bir dövlətin ərazisi boyda yeri duz səhralarına çevirdi.
Bununla bitmir. Pambıq partlayıcı maddə istehsalı üçün əsas xammallardan biridir. Rusiyanın raketlərini uçuran, mərmilərini partladan maddələr nitro-sellülozdan alınır. Nitro-sellüloz da, əsasən pambıqdan. Həmin Özbəkistan pambığının 85 faizini Rusiya vətəndaşı, oliqarx Rüstəm Möminov ixrac edir. Daha doğrusu, Rusiyaya idxal edir. Bu da sizəTuran. Bu da sizə Mömin.