Müharibəni bir tərəf başlayır. Və ya iki ölkə hərəsi bir tərəfdə başlayır. Amma heç vaxt bir-biri ilə vuruşanların ikisi də eyni anda başlamır. İkinci Dünya müharibəsini 1939-cu ildə Almainiya nasional-sosialistləri bir tərəfdə, sovet kommunistləri o biri tərəfdə başladılar.
Qarabağ müharibəsini Ermənistan, diaspora və Sosialist İnternasionalın üzvü Daşnaktsutyun 1987-ci ildə birtərəfli başladı. Azərbaycanın heç xəbəri də yox idi. Ölkədə aşağılar öz çak-şuku ilə, yuxarlar çalıb-çapmağı ilə məşğul idi. Əslində erməni və rusları çalıb-çapa bilmirdilər, minilənlər yerdə qalanlar idi.
Ukrayna müharibəsini də Rusiya təkbaşına başlayıb.
Serbiyadakı sirena səsləri Rusiya təbliğatının barmağıdır. Kosovonun şimalındakı Mitrovitsada yaşayan serb azlığına hava hücumu edilməsi rəyini yaratmağa çalışır. Gerçək bir döyüş yoxdur.
Tayvandakı gərginliyi Çin rəhbərləri yaradırlar.
Rusiya Qərb imperiyalarının keçmişini – müstəmləkəçi günləri təkrarlamaq istəyir. 100 il geri qalıb.
“Dış mızraklar”, “empiryalist güclər”, “ikiüzlü Qərb”, “şeytanın böyüyü Amerika” bu gün müharibə istəmir. Müharibəni istəyən və edən ortalıqda. Ona qarşı duranlar da ortalıqda.
Yalançı balans yaradıb ağı qaraya qatanlar üçün yazdım.