Bu gün Çexiya prezidenti Miloş Zeman Serbiya prezidenti Aleksandar Vuçiçlə görüşündə NATO-nun Yuqoslaviyanı bombalamasına görə üzr istədiyini deyib. Bombardmanın tarixini bilirsiniz. Rusiyanın dəstəklədiyi Yugoslaviya Kosovoda müsəlmanları qırmaqla məşğul idi, ona görə NATO 1999-cu ildə bu ökənin qoşunlarını bombalayıb etnik və dini qırğınların qarşısını aldı.
Dünyadakı proseslərdən danışan politoloqlarımız dünya haqda yeni stereotipləri yaratmış Hattinqton və Fukuyamaya çox istinad edirlər. Praktikada təsdiqlənmədisə, boş verin, onların yazdıqlarını, neoliberalizm, sivilizasiyaların vuruşması kimi ifadələrdən əl çəkin. Xatırlatmaq artıqdır ki, Hattinqtonun mədəniyyətəri monolit görməsini, dəqiq sərhədlər çəkməsini ciddi politoloqlar elə 90-cı illərdə rədd eləmişdilər.
Sivilizasiyalar haqda cəfəngiyyatın üstündən xətt çəkdik. Bəs prosesləri izah eləmək üçün bir ipucu varmı?
Bir metodu mən deyim. Nağd pul.
Qalib Qərb sivilizasiyasının qalan sivilizasiyalarla toqquşacağı sırf nəzəriyyə idi. Əməliyyə nə deyir?
Qərbin liberal düzəninə görə, iqtisadi fəaliyyət azaddır, onun qarşısındakı əngələr dünya boyu götürülməlidir, hökuməti seçkilər formalaşdırmalıdır, vətəndaş cəmiyyəti hökumət xərclərinə nəzarət eləməlidir və sair.
Hattinqtonun sadaladığı 6 sivilizasiyadan ikisinin – ortodoks və müsəlman sivilizasiyasının bizim regiona dəxli var, ona görə bu ikisinin üstündə duraq. Burda iqtisadiyyat Qərb sivilizasiyasındakı qədər siyasətçilərdən məsafəli deyil. Qərbin liberal iqtisadi düzəninin bura genişlənməsi üçün vətəndaşların hökumətlərə qərbsayağı nəzarəti lazımdır. Və üzdə Qərb siyasətçiləri buna çalışdılar. Üzdə deyirəm. Niyə?
Bu Qərb siyasətçisi öz ölkəsində seçkidə qalib gəlməlidirmi? Gəlməlidir. Seçki kampaniyası lazımdırmı? Lazımdır. Seçki kampaniyasına nə lazımdır? Ay sağ ol. Qərbdə hökumətin, siyasətçilərin gəlirləri, xərcləri nəzarət altındadır. Bəs onu hardan almalı? Ay sağ ol.
Deməli, sivilizasiyalar savaşmır, sevişir.
Belə siyasətçilər ortaya çıxır.