Jurnalistika dərsləri keçənlər çoxdur. Biri də Sevda Sultanovadır.
Yazır: “Başqa problem odur ki, media vasitəsilə hakimiyyət özü də hansısa uğurlu layihələrinin yetərincə təbliğatını apara, obrazını, görüntüsünü yarada bilmir. Başqa cür desək, əldə olan media imkanlarından effektli yararlanmır. Təkcə onu deyim ki, bu illər ərzində telekanallarda ictimaiyyətin güvənə biləcəyi parlaq, savadlı, maraqlı, peşəkar iqtidaryönümlü bir teleşəxsiyyət yetişmədi.” (Azlogos, 17 yanvar.)
Xəbər mediası təbliğat üçün istifadə olunursa deməli, yararsızdır, qeyri-peşəkardır. Hakimiyyətin xəbər mediasını öz layihələrinin təbliğinə yönəltməsi sui-istifadədir, vətəndaşın dəqiq, obyektiv məlumat almaq hüququna qəsddir. Ya peşəkar telejurnalist ola bilərsən, ya da iqtidayönülmlü. İkisi bir arada oksimorondur.Keçmək istədiyiniz dərsi birinci özünüz öyrənin.