Sürü və sivilizasiya haqda danışmışdıq ha. Bax indi o söhbəti tamamlamağın vaxtı gəlib. Nədən ki fərdin hüquqlarını, sivil dəyərləri qorumalı olan bir çox dostumuz öz yerini dəyişib.
Yadınızdadırsa deyirdim ki, insan sürü halında yaşayan heyvan növüdür. Dövlət sürünün davamdır. Sürünün ərazisi olur. O, qorunmalıdır. Amma təkamül, sivilizasiya, mədəniyyət, hüquq fərdə doğru gedir. Artıq fərdi sürüyə qurban kəsə bilməzsən.
Ərazini qoruyan əsgərdir, təhlükəsizlik məmurlarıdır, bir sözlə, hökumətdir.
Fərdi qoruyan hüquqdur, jurnalistikadır, sənətdir. Hüquqçu da, jurnalist də, əsgər də bu sürünün üzvüdür, funksiyaları fərqlidir.
Başqa sürünün əsgəri əraziyə təcavüz eləyəndə qarşısında əsgəri, təhlükəsizlik məmurunu görməlidir. Əsgər, təhlükəsizlik məmuru, bir sözlə, hökumət fərdə təcavüz eləyəndə isə qarşısında hüquqçunu, jurnaisti, sənətçini görməlidir.
Əsgərlər postlarını vicdanla, fədakarlıqla qorudular.
Hüquqşünasların, jurnalistlərin, filosofların, sənətçilərin çoxu postlarını qoyub qaçdılar. Qarabağ müharibəsi daşnakları və saxta peşə sahiblərini darmadağın elədi.