(Məqalə)
Qısa yazacam. Bəli, düz deyirlər. Xəbər mediası dövlət maraqları ilə sıx bağlıdır. Ancaq bizim baş redaktorların dedikləri kimi yox. Bizim məmurların dedikləri kimi yox. Bizim ziyalıların dedikləri kimi yox.
Aksiomlar haqda uzun-uzadı danışmaq gəvəzəlikdir. Bu aksiomu toplumun heç milyonda biri qəbul eləməsə də, qısa yazacam. Bu bağlılıq belədi. Xəbər mediası siyasi təsirdən nə qədər azad olarsa, dövlət bir o qədər güclü olar. Xəbər mediası toplumun üzləşdiyi problemləri nə qədər geniş işıqlandırarsa, dövlət bir o qədər güclü olar. Xəbər mediası hökumətin hər addımına nə qədər çox nəzarət edərsə, dövlət bir o qədər güclü olar. Xəbər mediası büdcə pullarının necə xərclənməsini nə qədər çox araşdırarsa, dövlət bir o qədər güclü olar. Problemlər bir o qədər az olar, asan çözülər, yaraya çevrilməz. Xəbər mediası siyasi təsirdən nə qədər uzaq olarsa, ölkənin siyasəti bir o qədər sağlam olar. Xəbər mediası propaqandadan nə qədər uzaq olarsa, dövlət bir o qədər dünyada sayılan olar.
Jurnalistikanın siyasi bağlılığı nə qədər çox olarsa, bir o qədər moşennik dövlət maraqları adından alver eləmək üçün media idarəçiliyinə doluşar. Çox yazmayacam. Bir tərəfdə bircə cür jurnalistika standartları var – Qərb mediası. O biri tərəfdə örnəklər çoxdu. Miloşeviç mediası, Qəddafi mediası, Putin mediası, Kim mediası. Kimi seçirsiniz – seçin.