İki cür təhlilçi var. Birincilər bir mövzuya aid sual(lar)ı götürüb onunla birbaşa bağlı olan şeylərdən sadə bir dillə danışırlar. Öndə tezis gəlir, sonra onu əsaslandırası xəbər və ya fakt, ortada izah və mənbələrin tutuşdurulması, incələnməsi, daha geniş nəticələr, sonda tarixçə. (Bu, şablon deyil, mediada standartdır, elmi işlərdə, tədbirlərdə bir az fərqlidir.)
İkincilər çoxlu paralellər gətirir, tarixi, ədəbiyyatı, coğrafiyanı bir-birinə qatır, sitatlara cumur, çoxlu ədəbiyyat oxumalarından soraq verən sözlər ortaya atır, tez-tez komplo teorilərini əsaslandırmağa çalışırlar.
Birincilər Qərb yarımkürəsində geniş yayılan təhsil prinsipləri əsasında mütəxəssis olublar. ikincilər – Şərq yarımkürəsində. İkincilər daha qalın kitablar oxuyurlar. Özləri bilərlər. Sadəcə onu deyim ki, dəxli olmayan şeyləri əlaqələndirmənin tibbdə bir diaqnozu var: şizofreniya. Yəni Rusiya kimi ölkələrdə ictimai elmləri öyrənmək sağlamlıq üçün təhlükəlidir.
Maraqlı fikirlərdi. İndi başa düşürəm niyə mən sadə dillə danışanda özümə də qərib gəlib hərdən, çünki başqaları dəhşət qəliz dillə başa salmağa çalışırlar adi məsələləri. Çox sağ olun!
Bu arada – şərh sistemində problem var, vordpressi bir az koduna diqqət yetirin. İşləyir – amma şərhçi pəncərəni tapa bilmir ilk addımda.