Bu gün Deutsche Welle televiziyası Neda Soltani ilə geniş müsahibə yayımladı. Veirliş xəbər mediasının sosial mediadan naşıcasına faydalanmasının faciəvi tərəflərini gözəl təhlil elədi.
2009-cu ildə İranda seçki etirazları vaxtı Neda Ağa-Soltan adlı bir qadını bəsic milisi güllələyib öldürür. Xəbər mediası bu xəbəri adında və sifətində oxşarlıq olan Neda Soltaninin Facebook profil şəkli ilə verir. Bir göz qırpımında bu dolaşıq xəbər interneti bürüyür. Neda Soltaninin bunun qarşısını almağa gücü çatmır, öz matəm mərasimini izləməkdən başqa əlindən bir şey gəlmir. Fürsətcil İran rejimi onu məcbur eləyir ki, bu ölüm hadisəsini özünün qəsdən saxtalaşdırması haqqında etiraf ərizəsi yazsın və bunu Qərb mediasının propaqandası adlandırsın. Təhlükəsizlik orqanları bildirirlər ki, razılaşmasa dövlətçiliyə qarşı çıxdığı elan ediləcək. “Dövlətçiliyə qarşı” sözünü eşidən yaxınları, o sıradan nişanlısı qorxusudan onunla əlaqəni kəsir.
Dostarı pul yığıb, rüşvət verib həbsdən qurtarır və ölkədən qaçırırlar. Neda Soltani Almaniyada sığınacaq alır və bir az sonra Amerikada müəllimliyə başlayır. Başına gələnlər haqda kitab yazıb.