Skip to content
Rövşən Əliyevin səhifəsi

Rövşən Əliyevin səhifəsi

"Qəzet oxumayan məlumatsızdır, oxuyan yanlış məlumatlıdır" - Mark Tven

Primary Menu
  • Vizit kartım
  • Niyə bloq?
  • Müşahidələr
  • Xəbər mediası
  • Dünya və biz
  • Hökumət və media
  • Treninqlər
  • Əlaqə
Canlı
  • Xəbər mediası

Qəzet və TV-nin əlbir irqçiliyi

Rovshan Aliyev 21/07/2016

Milli Məclisin rəsmi orqanı – Azərbaycan qəzeti bir tənqidi yazı yayımlayıb. Space TV-də hava proqnozunun aparıcısının qaradərili (afrikalı) olmasına irad tutub. TV-ni “zövqsüzlük”də, “Azərbaycan qadınının gözəlliyinə biganəlik”də, “dönüklük”də günahlandırıb. (Milli-mənəvi dəyərlər isterikası bu formada da peyda olur.) Bu hələ dərdin yarısıdır. Space TV bu tənqiddən sonra Afrika mənşəli aparıcsını işdən qovub.

80-ci illərin sonlarında biz jurnalistika fakültəsində oxuyanda gözləyirdik ki, yenidənqurma rəsmi qəzetləri, dövlət TV-lərini silib tarixin arxivinə atacaq. O dövrün gənclərinin inandığı, düşündüyü bu idi. Ölkə müstəqil olanda isə buna tam əmin idik. Ancaq nə qədər dəyişikliklər oldu, nə qədər zaman keçdi, bu tip media yerində qaldı, qol-budaq atdı, yaşlandı, hörmətləndi.
Bu ağsaqqal mediaya hörmət eləməyən, onun tarixin arxivinə atılmasını istəyən gənclərin yanındayam.

Continue Reading

Previous: Amerikalının Səddam Hüseyni efirə çıxarması
Next: Redaktorun senzordan fərqi

Bu mövzuda

xeber2-2
  • Xəbər mediası

Yarımçıq və yanlış xəbər örnəkləri

Rövşən Əliyev 18/01/2025
pərdəşünas (1)
  • Hökumət və media
  • Xəbər mediası

MŞ üzvünün başladığı linç kampaniyası

Rövşən Əliyev 16/09/2024
Carlson
  • Dünya və biz
  • Xəbər mediası

Siyasətçilərin tarixə xəstə baxışı

Rövşən Əliyev 10/02/2024
© Materiallarımızdan istifadə üçün bizimlə əlaqə saxlamanız şərtdir. İstinadsız verdiyimiz fotolar CC lisenziyalıdır. | MoreNews by AF themes.