2003-cü ilin yazında Birləşmiş Ştatlar və Böyük Britaniya İraqa qoşun yeridən ərəfədə CBS telekanalının aparıcısı Dən Rəder (Dan Rather) və prodüseri Cim Mörfi (Jim Murphy) İraq prezidenti Səddam Hüseyndən müsahibə götürmüşdülər. Müsahibəni Səddam Hüseyn ağır şərtlərlə vermişdi. Yalnız onun kameramanları çəkməli idilər, yalnız onun tərcüməçisi dediklərini çevirməli idi və sair. Müsahibə həm İraqda, həm Birləşmiş Ştatlarda yayımlandı. Beləliklə, dünya ictimaiyyəti Səddam Hüseynin də mövqeyindən xəbər tuta bildi. ABŞ prezidneti Corc Buşun və Böyük Britaniyanın baş naziri Toni Blerin mövqeyi aydın idi. Bununla belə, Buş hökuməti müsahibənin əvəzini çıxmaq üçün CBS telekanalından vaxt istədi. Ancaq hökumət yüksək vəzifəlilərin yox, mətbuat katibinin efirə çıxmasını təklif elədiyinə görə, telekanalla razılıq əldə olunmadı.
Rəderin karyerasında ziddiyyətli məqamlar çox olub. Reportajları əfqan mücahidlərinə böyük yardım ayrılmasına təkan verib, Buşun keçmişi haqda sonradan saxta olduğu üzə çıxan sənədlər əsasında reportaj hazırlayıb və sair. Ancaq Səddamla müsahibəsi jurnalistika tarixində unikal hadisələrdən sayılır.
CBS News isə Səddam Hüseynin birbaşa müsahibəsinə ABŞ hökumətinin dolayı cavab verilməsi ilə razılaşmamaqla prinsipiallıq göstərdi.
CBS News isə Səddam Hüseynin birbaşa müsahibəsinə ABŞ hökumətinin dolayı cavab verilməsi ilə razılaşmamaqla prinsipiallıq göstərdi.
1 thought on “Amerikalının Səddam Hüseyni efirə çıxarması”