Bu gün xam neftin qiyməti kəskin düşdü. Mənim üçün maraqlısı xəbər mediasının proqnozunun peşəkar qurumların proqnozunu üstələməsidir. Bizdə çox şey tərsinədir, o sıradan xəbər mediasına baxış. Dövlət səviyyəsində o, əl buyruğu, arabanın beşinci təkəri sayılır. Bu baxışı elə toplum da, elə jurnalistlərin böyük çoxluğu da bölüşür.
Dünyada tərsinədir. Elə bu günkü örnək. Neftin qiymətinin hansı səmtə gedəcəyi bu gün Birləşmiş Ştatların Enerji İnformasiya agentliyinin xam neft anbarlarında vəziyyət barədə açıqlamasından asılı olacaqdı. Reuters agentliyinin analistlərinin proqnozuna görə, həftəlik azalma 2,3 milyon barrel olmalı idi. Amerika Petrol İnstitutu isə 6,7 milyon barrel azalma proqnozlaşdırırdı. Enerji İnformasiya Agentliyi açıqladı ki, azalma 2,3 milyon barrel olub. Yəni təxminən Reutersin dediyi qədər.
Ostap Bender deyirdi ki, qəzet oxumayanları cəzalandırmaq lazımdı. Mən də deyirəm ki, informasiyaya, mediaya barmaqarası baxanlar həmişə cəzalanacaqlar.