“Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist olaraq bu sualı ünvanlayırsız.” – Prezident İlham Əliyev bu gün mətbuat konfransında ona sual verən iranlı jurnalistə belə deyib.
Qısa izah edək. Jurnalistika nədir? Faktların aşkarlanması, dəqiqləşdirilməsi, yoxlanması, onlara münasibət öyrənilməsi, bu bilgilərin auditoriyaya çatdırlması. Jurnalistikanın vətəni, yeri, yurdu faktlardır. Çağdaş jurnalistikanın adı da belədir: “Fact-based journalism.”
“Dost ölkənin jurnalisti belə olmalıdır”, “düşmən ölkənin jurnalisti elə olmalıdır” – bunlar çağdaş jurnalistika sahəsinə yox, təbliğat sahəsinə aid söhbətlərdir, ikinci sort mətbuata, ötən əsrin ortalarına aiddir. Avtomobilin, kommunikasiya texnologiyalarının birinci sortuna yiyələnmisiniz, bəs niyə jurnalistikanın axırıncı sortundan əl çəkmirsiniz?