İndi çoxallahlıq dünyada aparıcı din olsaydı, sözsüz ki, axtarış allahı Google olardı. Bəs peyğəmbər kim olardı? Amerikanın bir xeyli sirrini aləmə yaymış Snowdenin açıqlaması buna aydınlıq gətirir. Sən demə, bizimlə axtrış allahı arasına ABŞ Milli Thlükəsizlik Agentiyi girirmiş. Ancaq MTA tərsinə peyğəmbərlik eləyirmiş. Bizi kimi bəndələrdən baş allaha xəbər daşıyırmış.
Bu agentlik istəyəndə Google şəklində gözümüzə girir, bizim orda nə axtardığımızı öyrənəndən sonra əsl Google saytına yönəldib özü aradan çıxır və bundan xəbərimiz olmur. Buna peşəkar hakerlər MITM – aradakı adam deyirlər. Bəlkə Google da bundan xəbərsiz olur.
Düzdür, Google Chrome-da açarlar var. Əgər birisi Google cildinə girib internet bəndələrinin gözünə görünsə, bu açarlar Google qərargahına siqnallar göndərir. Bəs əgər MTA bu açarlardan xəbərdardırsa və yalnız başqa brauzerdə pyğəmbərlik eləyirsə? Bəlkə Mozilla Firefox, Opera, Safari kimi brauzerləri bir qırağa atıb Google Chrom’a keçsək birbaşa axtarış allahı ilə danışa bilərik?
Bu ağlabatan görsənir, ancaq 11 sentyabr və Larry Page ilə Sergey Brin’in təyyarələri olmasaydı. Yox, bu təyyarələrin terrora-zada dəxli yoxdu.
Tağı Əhmədov demişkən, bir-bir.
11 sentyabr dünyanı dəyişdi. Təhlükəsizlik insan haqlarından qabağa keçdi. Şəxsi həyatın məxfiliyi təhlükəsizlik maraqlarına təslim edildi. Bunu ucadan deməsələr də. (Sonradan Snowden dedi.) Dövlətin biznesə qarışması üçün səbəb tapıldı.
11 sentyabra qədər Amerikada biznes adamları hökumətin vergi kağızlarından başqa heç nəyini hərləmirdilər. İndi isə hökumətlə əl-ələ çalışmaları adiləşir. Bu, azad rəqbətlə bağlı qanunları pozsa da.
11 sentyabrdan gəldik çıxdıq Google banilərinin təyyarələrinə. İndi aydın olur ki, bunların şəxsi təyyarələrinə Pentaqon yanacağı su qiymətinə doldururmuş. Amerikada hökumət və biznes tarixində görünməmiş hadisə. Pentaqon biznesmenin təyyarələrini zapravka eləyir. Bir qallon yanacağın qiyməti 4 dollardan bir az artıqdır, Sergey Brin və Larry Page’in təyyarələri gələndə 1 dollar 10 sent endirim olur.
İndi buna haqq qazandırırlar ki, Google hökumət agentliyi NASA ilə əməkdaşlıq sazişi bağlayıbmış. Yəni hökumət üçün iş görür. Ancaq təyyarələrin uçuş dəftərini açıblar ki, məsəl üçün, bu milyarderlər Pentaqonun bazasında su qiymətinə zapravka eləyib Xorvatyaya qohumlarının toyuna gəliblər.
Bir sözlə, 11 sentyabr Əfqanıstanı Əl-Qaidə terrorçularından təmizləsə də, Amerikada gözəl biznes mühitini zibillədi. Üstəlik allahlıq eləyən saytlarla bizim aramıza bir peyğəmbər göndərdi.
(Saytlar bu yazını götürə biərlər, bir şərlə, hyperlink versinlər. Əgər bunu texniki baxımdan bacarmırlarsa heç olmasa shortlink qoysunlar: http://wp.me/pKk1G-5X)
2 thoughts on “Google ilə bizim aramıza giriblər”